Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da xam neft ehtiyatları yenidən artıb, qiymətlər düşüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da xam neft ehtiyatları yenidən artıb, qiymətlər düşüb

ABŞ-da həftəlik xam neft ehtiyatları 9,5 milyon barel artıb.


 
"Marja" xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi, ölkədə neftbazalarda kommersiya xam neft ehtiyatlarının ötən həftə bir əvvəlki həftəyə nisbətən 9,5 milyon barel (1,9 faiz) artımla 518,1 milyon barelə çatdığını açıqlayıb.


 
 Bazar gözləntisi, ehtiyatların 3,5 milyon barrel yüksəlməsi istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 13,8 milyon barel artım göstərmişdi.


 
 ABŞ-da strateji neft ehtiyatları dəyişməyərək, sözügedən həftədə 695,1 milyon barreldə qalıb.


 
 Bu dövrdə ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla min barel azalaraq 8,98 milyon barelə düşüb.


 
 Ölkənin xam neft idxalı isə sözügedən həftədə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 881 min barrel azalaraq 8,49 milyon barrelə enib.


 
ABŞ-ın həftəlik benzin ehtiyatları sözügedən həftədə 2,8 milyon barel (1,1 faiz) artaraq 259,1 milyon barelə çatıb. Bazar gözləntisi 0,7 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,9 milyon barel azalmışdı.


 
 Xam neft və benzin ehtiyatlarındakı artımın ardından qlobal bazarda neftin qiymətlərində azalma görülüb.


 
 ABŞ-ın Qərbi Texas növü xam neftinin barrelinin qiyməti 52,91 dollara, geniş istifadə edilən Brent tipli xam neftin qiyməti isə 55,61 dollara qədər geriləyib.

16.02.2017 04:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ