Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"İllik 350 milyon dollar gəlir əldə etməyi ümid edirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İllik 350 milyon dollar gəlir əldə etməyi ümid edirik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"SOCAR Polymer” Azərbaycanda zavodlarda istehsal edilən yüksək sıxlığa malik olan polipropilen və polietilenin satışından illik 350 mln. dollar məbləğində gəlir əldə etməyi ümid edir.

 

Reklam_3_11

Bunu şirkətin direktoru Fərid Cəfərov deyib.

 

“Zavodlarda (Sumqayıtda) istehsal olunan məhsulların illik satış həcmi təxminən 350 mln. dollar təşkil edəcək. Eyni zamanda, istehsal edilən məhsulların 75-80%-i ixrac olunacaq”, - F.Cəfərov bu gün jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, yüksək sıxlığa malik olan polipropilen və polietilen ixracı ümumilikdə Azərbaycanın qeyri-neft ixracını illik 16% artırmağa imkan yaradacaq.

 

F.Cəfərov vurğulayıb ki, zavodların məhsullarının əsas satış bazarı Türkiyə olacaq. “Həmçinin məhsulların ixracı üçün digər ölkələrlə danışıqlar aparırıq”, - şirkətin direktoru əlavə edib.

 

DEKABRDA İSTİFADƏYƏ VERİLƏCƏK

 

Fərid Cəfərov deyib ki, 2018-ci ilin dekabr ayının ortaları və ya sonunda Sumqayıtda yüksək sıxlığa malik olan polietilen zavodu istifadəyə veriləcək. Bunu “SOCAR Polymer” şirkətinin direktoru .

 

Zavodun tikinti işlərini “SOCAR Polymer” şirkəti həyata keçirir. Zavodun gücü illik 120 min ton təşkil edəcək. Zavodda yüksək sıxlığa malik olan polietilenin 12 növü istehsal olunacaq.

 

İXRACA BAŞLAYIR

 

Fərid Cəfərov qeyd edib ki, “SOCAR Polymer” 2018-ci ilin sonunadək 15 min ton polipropilen ixrac etməyi planlaşdırır. 

 

"Bu gün “SOCAR Polymer” 170 ton həcmində ilk ixrac partiyasını Türkiyəyə yola salır. İlin sonunadək 15 min ton məhsulun ixrac edilməsi planlaşdırılır", - deyə o, bu gün jurnalistlərə bildirib.

 

Direktorun sözlərinə görə, bu günədək zavodda 6 min ton məhsul istehsal olunub.

 

F.Cəfərov vurğulayıb ki, ixrac prosesinə “SOCAR Trading” dəstək göstərir. "Onların dəstəyi sayəsində biz məhsullarımızı orta dünya qiymətləri ilə ixrac edə bilərik", - deyə o əlavə edib.

 

Zavodun direktoru vurğulayıb ki, şirkət zavodun tikintisi və qurulması zamanı vergi güzəştləri hesabına 200 mln. manata yaxın vəsaitə qənaət edə bilib.

 

Xəbər verildiyi kimi, iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.

 

Zavodların istismar dövründə 6,3 mlrd. dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi "SOCAR Polymer” şirkətinin xalis mənfəəti olacaq. Sumqayıtda polipropilen və polietilen zavodlarının tikinitisinə ümumi investisiya xərcləri 816 mln. dollar təşkil edəcək.İnvestisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi – 40 faizi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin ediləcək.

 

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Rusiyanın “Qazprombank” ASC-dən 10 il müddətinə “SOCAR-Polymer” MMC-nin yüksək sıxlığa malik olan polipropilen və polietilen zavodarının tikintisinin maliyyələşdirilməsi üçün 489 mln. dollar manat məbləğində kredit cəlb edib. 2015-ci il iyunun 19-da zavodların tikintisinin maliyyələşdirilməsinə dair saziş imzalanıb. 

 

“SOCAR-Polymer” 2013-cü ildə SOCAR tərəfindən təsis edilib.Hazırda şirkətin kapitaında SOCAR-ın payı 57% təşkil edir. "Vitol Black Sea V.L.L" MMC, "Ecoland" MMC və s. şirkətlər səhmdarlar sırasındadır.

05.10.2018 09:24

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ