Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Banklardan Müəllimlər Gününə xüsusi təkliflər - SİYAHI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklardan Müəllimlər Gününə xüsusi  təkliflər - SİYAHI

 

Bu gün müəllimlər günüdür. “Marja”xəbər verir ki, bir neçə bank Müəllimlər günü münasibəti ilə kredit kampaniyası elan edib. Bankların müəllimlərə xüsusi təklifləri aşağıdakılardır.

Reklam_3_11

 

1."AccessBank"

 

"AccessBank" 5 oktyabr - Müəllimlər Günü münasibətilə "2x2" adlı nağd pul krediti kampaniyasına start verib. Oktyabrın 1-dən 12-dək davam edəcək kampaniyadan yararlanan müəllimlər 20000 manatadək məbləği zaminsiz, illik 22% ilə əldə edə biləcəklər.

 

“Bu, xəyal deyil, gerçəkdir, əziz müəllimlər! Siz hər şeyin ən yaxşısına layiqsiniz!

 

Daha ətraflı məlumatı bankın saytındanFacebook və Twitter səhifələrindən, eləcə də 151 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”,- Bankın məlumatında deyilir.

 

2. “Amrahbank”

 

“Amrahbank” müəllimlərə bütün istehlak kreditləri üzrə 0% komissiya təklif edir:

 

“Kreditlər üzrə illik faiz dərəcəsi 20% qədər endirildi, ödəniş vaxtı 48 ayadək uzadıldı və maksimal məbləğ 50.000 manatadək artırıldı.

 

2 oktyabr - 10 oktyabr tarixlərində təhsil işçiləri “Amrahbank”ın istənilən filialına yaxınlaşmaqla bu sərfəli şərtlərdən yararlana bilərlər!

 

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında (www.amrahbank.az) və ya 987nömrəsinə zəng edərək əldə edə bilərsiniz”.

 

3. “Bank Respublika”

 

“Bank Respublika” “Əla təklif” adlı nağd kredit kampaniyasına başladığını elan edib. Kampaniya çərçivəsində müəllimlər 5 qiymətinə layiq 5 ƏLA kredit təklifindən faydalana bilər:

 

1.Faiz dərəcəsində - 5% ENDİRİM

2.Kreditin müddəti -36 ay

3.Kreditin maksimal  məbləği – 20.000 manat

4.Komissiya – 0,5%-dən

5.Əmək haqqının 5 misli məbləğində kreditlər – ZAMİNSİZ

 

Kampaniyadan Azərbaycanın bütün təhsil müəssisələrində çalışan hər bir müəllim və müəllim heyəti faydalana bilər.

 

Kampaniya 05 noyabr 2018-ci il tarixinədək davam edəcək.

 

Qeyd edək ki, indi bütün müştərilər Bankın rəsmi saytına daxil olaraq, eləcə də smartfon vasitəsilə WhatsApp Kredit xidmətindən istifadə edərək, asanlıqla və vaxt itirmədən 050 2459144 nömrəsinə müraciət edib kredit sifariş edə bilərlər.

 

4. “Bank of Baku”

 

“Bank of Baku” sosial şəbəkədə Müəllimlər gününə özəl  müsabiqə elan edib.

 

"Müəlliminin adını tag et, həm müəllimin, həm də sən HƏDİYYƏ qazan!" adlı müsabiqənin şərtləri:

 

-Ən sevimli müəlliminizin adını bu postun altına tag edin;

-Səhifəmizi like edin;

-Müsabiqədə iştirak üçün yalnız bir dəfə bir şəxsin adını tag edə bilərsiniz.

 

-Saxta profillər və ya müəllim olmayan şəxslərin profili müsabiqədə iştirak etməyəcək.

 

Müsabiqədə 3 iştirakçı qalib olaraq həm özünə, həm də adını tag etdiyi müəlliminə Bolkart Gənc və ya Bolkart Ailə debet kartı + 50 AZN BAL HƏDİYYƏ qazandıracaq.

 

Müsabiqə 10 oktyabr, saat 23:00-da yekunlaşacaq.Qaliblər təsadüfi seçim əsasında təyin olunacaq".

 

5.NIKOIL | Bank

 

NIKOIL | Bank da 5 oktyabr – Müəllimlər Gününə həsr olunmuş iki güzəştli kredit kampaniyası elan edib.

 

Minimal aylıq əmək haqqı 200 manat olan müəllimlər 2% azaldılmış illik faiz dərəcəsi və 1% bank komissiyası ilə istehlak kreditini rəsmiləşdirə bilər. İstehlak kreditləri 3 aydan 36 ay müddətinə 300-dən 30000 manatadək məbləğdə həm nağd şəkildə, həm də plastik kart vasitəsilə verilir. Kredit xəttinin güzəşt müddəti 35 gün təşkil edir. Kreditləşmə şərtlərinə əsasən 7500 manatadək kredit məbləği girovsuz və zaminsiz verilir. Hər iki kredit aksiyası cari ilin oktyabr ayının 30-dək davam edəcək.

 

Güzəştli kreditin rəsmiləşdirilməsi üçün NIKOIL | Bank-ın istənilən şöbəsinə AR vətəndaşının şəxsiyyət vəsiqəsi, iş yerindən etibarlı arayış və əməkhaqqı hesabından son 6 ay üçün çıxarış təqdim olunmalıdır.

 

 

6. “Unibank”

 

“Unibank” 5 Oktaybr Beynəlxalq Müəllimlər günü münasibəti ilə təhsil işçiləri üçün 0% komissiyalı nağd kredit kampaniyası keçirir. Oktyabrın 15-dək Unibanka müraciət edən bütün təhsil işçiləri 20.000 AZN-dək nağd istehlak kreditini KOMİSSİYASIZ rəsmiləşdirmək imkanı qazanırlar.

 

İndi Unibankdan kredit götürmək təhsil işçilərinə xüsusi üstünlüklər verir:

 

- komissiya 0%;

- sığorta xərci yoxdur;

- zamin tələbi yoxdur;

- kreditin ödəniş tarixini müştəri özü təyin edir;

- 20 000 AZN-dək kredit məbləği;

- 48 ayadək ödəniş müddəti;

- cəmi 19 AZN-dən başlayan aylıq ödəniş;

- kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.

 

Krediti banka gəlmədən də 050 778 8117 whatsapp nömrəsinə yazaraq, 117 məlumat mərkəzinə zəng edərək, Unibank Mobile-dan, www.unibank.az saytından onlayn sifariş etməklə (http://go.unibank.az/2FcSiNh ) və ya Unibank filiallarına müraciət edərək əldə edə bilərsiniz.

7. NBC Bank

 

NBC Bank "Müxtəlif Peşələr" layihəsinə start verib. Beləki, qarşıdan gələn peşə bayramlarını nəzərə alaraq Neft Sənayesi, Təhsil və Turizm sahələrində çalışan bütün əməkdaşlarına 15000 AZN-ə qədər özəl kredit təklifi var. 

 

Ətraflı məlumat üçün

https://www.facebook.com/NBCBankASC/

https://www.instagram.com/nbcbank_official/

https://www.nbcbank.az/campaigns/

 

Əlaqə nömrəsi 932, və ya WhatsApp +99470 932 0 932

 


Əlavə edək ki, digər banklar Müəllimlər Günü münasibətilə xüsusi kampaniya elan etməsələr də, kredit ilə bağlı kampaniyaları mövcuddur. 

 

Məsələn,  “Azər Türk Bank”dan 20 000 Azn-dək istehlak kreditini ZAMİNSİZ, siğortasız, cəmi 19%-dən başlayan faizlərlə əldə edə bilərsiniz. Ətraflı: http://azerturkbank.az/loans/consumer-new/info/

 

Azərbaycan Beynəlxalq Bankı payız fəslinə özəl yeni kredit kampaniyası elan edib. Bu kampaniyanın əsas üstünlüyü ondan faydalanmaq istəyən müştərilərə geniş seçim imkanı yaratmasındadır. Belə ki, kampaniya çərçivəsində nağd pul kreditini bankdan indi alıb, əsas borcun aylıq ödənişlərinə üç ay sonra başlamaq mümkündür. Yaxud bunun əvəzinə kredit faizlərində 2% endirimi seçmək olar.

Bu iki fürsətin hər hansı birindən Azərbaycan Beynəlxalq Bankının bütün maaş kartı sahibləri faydalana bilər. Pensiya kartı sahibləri üçün isə kampaniya çərçivəsində kreditlər mövcud faizlərə 2% endirimlə, həm də komissiyasız təqdim ediləcək.

 

Kampaniyanın digər özəllikləri:

•  Kreditin məbləği - 20.000 manatadək

•  Kreditin müddəti - 60 ayadək

•  İllik faiz dərəcəsi -  2% endirimlə, 23%-dən başlayaraq

•  Kredit 5000 manata qədər olduqda - ZAMİNSİZ

•  Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ

Kampaniya 10 oktyabra qədər davam edəcək.

Nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı, yaxud pensiya kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əmək haqqı və ya pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan kredit sifariş vermək olar. Müştəri kampaniya barədə daha ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

 

“Expressbank” 1-31 oktyabr tarixlərində bankda “İkiqat hədiyyə” kampaniyasına start verib. Kampaniya çərçivəsində, Siz həm asanlıqla kredit, həm də iki hədiyyə qazanacaqsınız!

 

Kampaniyada iştirak etmək üçün, Sizin yalnız rəsmi iş yeriniz olmalıdır. Krediti sifariş etmək üçün, www.exb.az linkinə keçib:

 

-20 000 AZN qədər,

-İllik cəmi 20%-dən,

-48 ayadək ödəniş imkanı ilə

-Kredit əldə edəcəksiniz!

 

Və bununla xoş xəbərlər bitmir! Bu sərfəli şərtlərdən başqa, siz iki hədiyyə qazanırsınız:

 

-20%-dək cashback imkanı verən Expressbank-ın plastik kartını,

-Bank komissiyasının bütöv məbləğini.

-Arzularınız gerçəkləşməyə belə yaxın heç olmamışdı!

-Expressbank fərqli xidmət göstərən, 16 filialdan ibarət şəbəkəyə malik, ölkənin aparıcı banklarından biridir.

 

İlk dəfə kredit almaq istəyənlər üçün Rabitəbank “İlk Kredit” məhsulunu təqdim edir. Kreditin şərtlərinə əsasən keçmişdə krediti olmayan müştərilərə illik cəmi 20%-lə, 36 ay müddətinə 15.000 manatadək nağd pul kreditləri təklif olunur.  Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

05.10.2018 10:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ