"Özəl şirkətlərə hər hansı bir cəza tətbiq olunmur"
Milli Məclisin bu gün keçirilən plenar iclasında Bakıdakı marşrut avtobuslarında baş verən problemlər müzakirə olunub.
Deputat Fəzail Ağamalı çıxışı zamanı bu sahədə fəaliyyət göstərən şirkətlərə ciddi nəzarət olunmasını təklif edib.
O xatırladıb ki, bugünlərdə sərnişin daşıyan avtobusun qatarla toqquşması nəticəsində iki nəfər ölüb, xeyli insan yaralanıb: “Bu, bizim hər birimizi kədərləndirdi. Bu, ilk belə hadisə deyil və buna bənzər hadisələr bir neçə dəfə baş verib. Bakının küçələrində şütüyən avtobuslar kifayət qədər ciddi problemlər yaradırlar. Ümidvaram ki, belə hadisənin səbəbkarı olan sürücü cəzasını alacaq”.
Deputat qeyd edib ki, həmin sürücüləri işə qəbul edən, ictimai nəqliyyatı tənzimləyən və belə bir səlahiyyəti olan özəl şirkətlərə hər hansı bir cəza tətbiq olunmur.
Onun sözlərinə görə, bəzi avtobuslarda gediş haqqı karta ödənildiyi halda, bir çoxlarında bu tətbiq olunmadığı üçün ciddi problemlər yaradır.
Deputat təklif edib ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən, onların üzərində yetərincə nəzarət funksiyasını yerinə yetirməyən şirkətlərin də məsuliyyətini artırmaq üçün Cinayət və inzibati Xətalar Məcəlləsinə konkret əlavələr olunmalıdır.
Digətr deputatlar da bu məsələ ilə bağlı fikirlərini bildiriblər.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
10 saat əvvəl
“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalandı
-
10 saat əvvəl
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
-
10 saat əvvəl
“Qat-Qat Cake Shop” şirniyyat mağazasında yararsız məhsullar aşkarlanıb, rəhbərliyi cərimələnib
-
11 saat əvvəl
ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!
-
11 saat əvvəl
“Kapital Bank”ın dollar istiqrazlarına 104 investor 104 sifariş təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
- 11 saat əvvəl
-
12 saat əvvəl
Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
12 saat əvvəl
Xəzərdə süni torpaq sahələri dənizin şimal və cənub hissələrində yaradılacaq
- 12 saat əvvəl
- 12 saat əvvəl