Ölkə rəhbərliyinə 50-yə yaxın yeni təklif təqdim edəcək

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") Azərbaycan hökumətinə yeni təkliflər təqdim etməyə hazırlaşır. 

 

Bunu  qurumun icraçı direktoru Natəvan Məmmədova deyib.

 

Onun sözlərinə görə, həmin təkliflər “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı sənəddə (Ağ sənəd – White paper) yer alacaq: “Ümumilikdə 10-11 sahə üzrə təxminən 50-yə yaxın təklif hazırlamışıq. Bu ayın sonunda nəşr olunacaq”.

 

"AmCham" rəsmisi deyib ki, “Ağ sənəd”in ilk olaraq ölkə rəhbəliyinə - prezidentə təqdim edilməsi gözlənilir: “İlin sonuna qədər isə təklifləri geniş ictimaiyyətin müzakirəsinə təqdim etməyi düşünürük”.

 

Təkliflərin vergi, gömrük, bank, maliyyə və sığorta, informasiya texnologiyaları, əmək, miqrasiya məsələləri, turizm, məhkəmə və digər sahələrdə görüləcək işləri əhatə edəcəyi bildirilir. 

 

Xatırladaq ki, "AmCham" 2 ildən bir “White paper” adlanan sənəd hazırlayır. Sonuncu belə sənəd 2016-cı ildə açıqlanıb.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© “Report”

5 Oktyabr 2018 , 14:07   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin