Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu texnologiyanı ilk dəfə “Şirvan şərabları” tətbiq edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu texnologiyanı ilk dəfə “Şirvan şərabları” tətbiq edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi də bu sahənin keçmiş şöhrətini özünə qaytarmaq, şərabçılıq turizminin inkişafına töhfəsini verməklə yanaşı, xarici bazarlarda layiqli yer tutmağı qarşıya məqsəd qoyub.

 

Reklam_3_11

MMC-nin yaydığı məlumata görə, ölkəmizdə ilk dəfə olaraq orqanik bioşərab istehsalı sahəsində ixtisaslaşan, üzüm tinglərinin əkilməsindən hazır şərabın istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə qabaqcıl texnologiyaları tətbiq edən, Avropa İttifaqı tərəfindən tanınan orqanik BIO və ISO 22000 - Qida Təhlükəsizliyinin İdarəolunması sertifikatlaşdırılması istiqamətində intensiv iş aparan müəssisədə illik 1,4 milyon litr (1.866 milyon şüşə) şərab istehsalı planlaşdırılır.

 

Şamaxının Meysəri kəndinin təbii iqlim şəraiti, illik yağıntıların miqdarı, temperatur göstəriciləri, ərazinin müxtəlif yerlərindən götürülən torpaq nümunələrinin Fransanın müvafiq laboratoriyalarında aparılan analizlərinin nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsinə imkanlar olduğunu göstərir. Yerli şəraitə uyğun tinglərin seçilməsi, əkilməsi, aqrotexniki qulluğun göstərilməsi, üzümün toplanması və emalı mərhələlərində Fransanın üzümçülük sahəsində ixtisaslaşmış şirkətlərinin mütəxəssisləri ilə daim məsləhətləşmələr aparılır. Bütün bunlar bazarda asanlıqla rəqabət apara biləcək yüksək keyfiyyətli şərab məhsullarının istehsalını şərtləndirən amillərdəndir.

 

Şirvan şərabları” MMC-nin istehsal etdiyi “Meysəri” markası ilə “Sədəf” ağ turş, “Mərcan” qırmızı turş və “Məxməri” qırmızı turş premium şərab nümunələrinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyasında aparılan keyfiyyət və təhlükəsizlik sınaqlarının nəticələri onların ölkəmizdə qüvvədə olan və dünyada qəbul olunmuş standartların tələblərinə uyğunluğunu təsdiq edib. Agentliyin müvafiq laboratoriyası sınaqların aparılmasında Fransanın BİPEA şirkətinin hazırladığı sertifikatlı referans materialından istifadə edib və bütün nəticələr həmin referans etalona uyğun təsdiqini tapıb.

 

"Orqanik bioşərab istehsalı sahəsində müasir texnologiyaların tətbiqi, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yerli və beynəlxalq standartların tələblərinə uyğunluğu, müəssisənin beynəlxalq sertifikatlaşdırılması sahəsində apardığı işlər “Şirvan şərabları” MMC-yə həm də qısa müddətdə rəqabət qabiliyyətli məhsulları ilə dünya bazarında nüfuz qazanmağa imkanlar yaradır",- şirkətin məlumatında deyilir.

05.10.2018 12:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ