Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Rabitəbank”ın kredit portfeli 300 milyon manata çatıb!

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Rabitəbank”ın kredit portfeli 300 milyon manata çatıb!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Rabitəbank” ASC öz kredit portfelinin həcmini 300 milyon manata çatdırıb. Müqayisə üçün qeyd edək ki, cari ilin əvvəlindən bu göstərici 234 milyon manat təşkil edirdi.

 

Reklam_3_11

Bankdan “Marja”ya daxil olmuş məlumata görə, cari ilin 3-cü rübünün yekunlarına görə kredit portfelinin artım həcmi 28% təşkil etmişdir.

 

“Artım əsasən sahibkarlara və korporativ müştərilərə verilən kreditlər və sahibkar olmayan fiziki şəxslərə verilən nağd pul və ipoteka kreditləri hesabına baş vermişdir. Bu ilin əvvəlindən Rabitəbank aktiv kreditləşməyə start vermişdir və hal-hazırda Sahibkarlığın İnkişafı Fondu, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, AR İpoteka və Kredit Zəmanət Fondu ilə sıx əməkdaşlıq edir.

 

Sahibkarlıq üçün verilən kreditlər illik 5%-dən başlayaraq komissiya olmadan müştərilərə təklif olunur. Bundan başqa, müxtəlif istehlak məqsədli kredit kampaniyaları davam edir. Bu kampaniyalar çərçivəsində xanımlara illik 14.9%-la kreditlər təklif olunur. Qeyd olunan kampaniyalar Bankın 25 illiyi ilə əlaqədar ilin sonuna kimi davam edəcək”,- Bankın məlumatında deyilir.

 

Biznes kreditləri üzrə ölkəni qabaqcıl banklarında biri olan Rabitəbank hər zaman sahibkarlığın inkişafı istiqamətində müştərilərə fərqli və marağlı təkliflər təqdim edir.

 

Daha ətraflı məlumatı Bankın 133 saylı qısa nömrəsi ilə ələqə saxlayaraq əldə edə bilərsiniz.

 

25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 25 xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün www.133.az saytına daxil olmaq və ya Bankın 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

05.10.2018 13:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ