Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Xəzər Dəniz Neft Donanmasının balansına daha bir gəmi daxil edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xəzər Dəniz Neft Donanmasının balansına daha bir gəmi daxil edilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının yenilənməsi  davam etdirilir.


QSC-nin yaydığı məlumata görə, bu günlərdə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına daha bir gəmi daxil edilib.

Reklam_3_11

 

“Zirə” adlı təchizat-yedək gəmisi ilə müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istismarı nəzərdə tutulub.

 

Təchizat-yedək gəmisi yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tankına malikdir.

 

Uzunluğu 60, eni 16 metr, sürəti 13 uzel gəminin dedveyti 1700, dartma qüvvəsi 75 tondur.

 

“Zirə” müasir avadanlıqla, o cümlədən DP1 dayanıqlılıq sistemi ilə təchiz olunub. Onun texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlarını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmidə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərsə, hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır.

 

Qeyd edək ki, Gəmiçilik donanmalarının müasirləşdirilməsi və gücləndirilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.

 

Onu da deyək ki, “AXDG” QSC hazırda Xəzərdə nəqliyyat və ixtisaslaşdırılmış ofşor donanmalarının tərkibindəki gəmilərinin sayına görə aparıcı mövqeyə malikdir.

05.10.2018 13:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ