Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Cocuq Mərcanlı" suvenirləri ixrac olunacaq - MÜƏSSİSƏ TİKİLİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Cocuq Mərcanlı" suvenirləri ixrac olunacaq - MÜƏSSİSƏ TİKİLİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində sakinlərin məşğulluğunun təmin edilməsi və sosial rifahın yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə kənddə suvenir istehsalı müəssisəsinin yaradılmasıdır.

 

Reklam_3_11

Tikintisinə avqust ayında başlanılan müəssisədə hazırda hörgü işləri aparılır. Tikintidə iş icraçısı Xanəhməd Mirzəyev bildirib ki, 3700 kvadratmetr ərazidə inşa edilən müəssisənin tikinti sahəsi 700 kvadratmetrdir. Müəssisədə istehsal sahəsi, sərgi zalı, yeməkxana, inzibati otaqlar yaradılacaq. Bundan başqa müəssisənin ərazisində qazanxana, nasosxana binaları, su tutumu 150 kubmetr olan iki ədəd su anbarı inşa ediləcək. Hazırda tikintidə 20-dək işçi çalışır. İnşaat işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

 

Suvenir istehsalı müəssisəsində istehsal olunacaq məhsullar "Cocuq Mərcanlı" loqosu ilə həm Azərbaycanda, həm də xarici ölkələrdə satışa çıxarılacaq.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

05.10.2018 13:48

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ