Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbərlərinə hökm oxundu - CƏZALARI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbərlərinə hökm oxundu - CƏZALARI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Azad Həsənov və 1980-ci il təvəllüdlü Elnur Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

 

Məhkəmənin hökmü ilə A.Həsənov 8 il, E.Vəliyev isə 10 müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan araşdırmalarla "Etalon İnşaat" MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılması aşkar edilib.

 

İlkin araşdırmalarla müəyyən edilib ki, "Əzizbəyov-KM" MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil "Etalon İnşaat" MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb.

 

Məlumata görə, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən bina "Etalon inşaat" MTK tərəfindən tikilib. Bina tam başa çatmamış "Əzizbəyov-KM" MMC-yə verilib. Amma binanı inşa edən MTK mənzillərdən bəzilərini satılıb. Ancaq "Əzizbəyov-KM" MMC həmin satılan mənzillərə verilən sənədləri etibarsız sayaraq yenidən satışa çıxarıb. Bunun nəticəsi olaraq da bir çox mənzillərlə bağlı mübahisəli vəziyyət yaranıb.

 

Cinayət işi üzrə ümumilikdə 50-dən çox zərərçəkmiş var. Həmin şəxslər 600 min manatdan çox dələduzluq etməkdə ittiham edilir.

 

E.Vəliyev və A.Həsənov "Əzizbəyov-KM" MMC və "Etalon İnşaat" MTK-da rəhbər şəxslərdir.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

05.10.2018 14:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ