Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal ərzaq qiymətləri geriləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal ərzaq qiymətləri geriləyir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32


Qlobal ərzaq qiymətləri Sentyabr ayında düşüb.
 

"Marja" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) Qlobal Ərzaq Qiymətləri İndeksi Sentyabr ayında əvvəlki aya nisbətən 1,4%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 7.4 faiz geriləyib.
 

Reklam_3_11

FAO Taxıl Qiymət İndeksi, ABŞ-dakı yüksək məhsulsuldarlıq gözləntilərinin ixrac qiymətlərini saldığına görə 2,8 faiz düşüb (Əsasən qarğıdalı qiymətləri düşdüyünə görə).
 

Beynəlxalq düyü və buğda qiymətləri də ay ərzində düşüb.
 

FAO Bitki Yağları Qiymətləri İndeksi, səkkizinci ayında azalma meylini davam etdirərək 2,3%-lik geriləmə nəticəsində 3 ilin ən aşağı səviyyəsini görüb. Palma yağı qiymətlərində kəskin azalma müşahidə olunub.
 

FAO Süd Məhsulları İndeksi də Sentyabr ayında geriləməyə davam edərək 2,4 faiz düşüb. Ət Qiymətləri İndeksi də Avqust ayında geriləyib.
 

FAO Şəkər Qiyməti İndeksi ötən aya nisbətən 2,6 faiz artıb. 2017-ci ilin Sentyabr ayındakı səviyyə ilə müqayisədə isə hələ də 21 faiz aşağıdadır.
 

FAO-nun Taxıl Təklifi və Tələbi Hesabatına görə, builki qlobal taxıl istehsalına dair proqnozlar, 2017-nin səviyyəsindən 2,4 faiz aşağı olmaqla 2 milyard 591 milyon tondur.
 

Avstraliya və Kanadada azalan yağışların buğdanın məhsuldarlığını azaldacağı gözlənilir. Əlcəzair və Rusiya Federasiyasında yüksək məhsuldarlığın isə sözügedən azalmanı tarazlaşdıra biləcəyi ehtimal edilir.
 

 

Hesabata görə qlobal düyü istehsalının 1,3 faiz artması gözlənilir.

05.10.2018 14:24

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ