Fed/Yellen: ABŞ iqtisadiyyatı Fed-in hədəflərinə çox yaxındır

ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen, Vaşinqtonda keçirilən qurultayının ikinci günündə verdiyi açıqlamada, ABŞ iqtisadiyyatının Fed-in hədəflərinə çox yaxın olduğunu qeyd edib və əmək bazarı hədəflərinə də nail olmağa çox yaxın olduqlarını bildirib.
 


"Marja" xəbər verir ki, Yellen, verilən suallara verdiyi cavablarında, iqtisadiyyatın şiddətli bir böhrandan toparlandığını və bu toparlanmanın ABŞ iqtisadiyyatında Avro Zonasından daha sürətli baş verdiyini bildirib. 

 

Fed Sədri həmçinin, ABŞ Mərkəz Bankının balansının mərhələli olaraq kiçildilməsinə sadiq qalacağını söyləyib və balansda gediləcək bu kiçiltməyin nə vaxt başlayacağınını iqtisadiyyatın gedişinə bağlı olduğunu bildirib.

 

Fed sədri iki gün əcəki çıxışında,  Federal Açıq Bazar Komitəsinin faizi artırmaq üçün uzunmüddət gözləməsinin "məntiqsiz" bir hərəkət olacağını bildirərək, Fed-in növbəti yığıncaqlarında daha çox faiz artırmasının məqsədəuyğun olacağını demişdi.

16 Fevral 2017 , 09:11   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin