Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Rusiyanın bu diyarında logistika mərkəzləri yaradır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Rusiyanın bu diyarında logistika mərkəzləri yaradır

Rusiya və Azərbaycan Stavropol diyarında logistika mərkəzlərinin yaradılması üzrə layihənin reallaşdırılmasına başlayır.

 

Bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.

 

O.Ruhullayevanın sözlərinə görə, Rusiyanın bu regionu Azərbaycana taxılın ən əsas tədarükçülərindəndir:

 

“Azərbaycan tərəfi fasiləsiz taxıl tədarükünün təmin olunması üçün şəraitin yaradılmasında maraqlıdır. Azərbaycan şirkətləri həmçinin kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və emalı üçün müəssisələrin yaradılması üzrə layihələrə böyük maraq göstərir. Hazırda Azərbaycan Rusiyanın 70-dən çox regionu ilə əməkdaşlıq edir. Ən yaxşı işgüzar münasibətlər Dağıstan və Stavropol diyarı ilə qurulub”.

 

Nazir müavini qeyd edib ki, Krasnodarda çay fabriki kimi birgə layihələr reallaşdırılıb.

 

O.Ruhullayeva əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi məqsədi ilə çoxtərəfli formatda qarşılıqlı əməkdaşlığın bir neçə variantı mövcuddur:

 

“Bunlardan biri MDB azad ticarət zonasında əməkdaşlığın genişləndirilməsi və daha sonra Azərbaycanın Gömrük İttifaqının azad ticarət zonasının imkanlarına qoşulmasıdır. Şübhəsiz ki, bu, maraqlı istiqamətlərdir, danışıqlar gedir, tərəflər kompromis axtarır. Azad iqtisadi zonalar gömrük və sərhəd prosedurlarının sadələşdirilməsini nəzərdə tutur, bəzi məhsullar rüsumlardan azad edilə bilər”.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Trend

06.10.2018 08:21

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ