Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Peyklərin istismarından 100 milyon dollarından çox gəlir əldə edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Peyklərin istismarından 100 milyon dollarından çox gəlir əldə edib

 “Azərkosmos” ASC indiyə qədər milli peyklərin istismarından 100 mln. ABŞ dollarından çox gəlir əldə edib.

 

Reklam_3_11

Bunu “Azərkosmos”un sədri Rəşad Nəbiyev rəsmi qəzetə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, əldə olunan gəlirin 80%-dən çoxu ixracın payına düşür.

 

ASC-nin sədri bu günədək peyklərin 25-dən çox ölkədə sabit müştəri bazasının formalaşdığını qeyd edib: “Bir məsələni qeyd edim ki, son illər Azərbaycanla eyni vaxtda peyk layihələrinə başlamış bir sıra yaxın region ölkələrinin imic və ya prestij xarakterli proqramlarından fərqli olaraq, bizim peyklərimiz milli qürur mənbəyimiz olmaqla yanaşı kommersiya xarakteri daşıyır”.

 

Qeyd edək ki, “Azərkosmos” 2010-cu ildə peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədilə təsis edilib. 2013-cü ildə “Azerspace 1” telekommunikasiya, 2014-cü ildə “Azersky” Yerin məsafədən müşahidəsi, bu il sentyabrın 26-da isə “Azerspace 2” telekommunikasiya peyki orbitə çıxarılıb.

06.10.2018 09:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ