Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Həftənin ilk iş gününə olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Həftənin ilk iş gününə olan hava proqnozu açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Ölkə ərazisində oktyabrın 8-də gözlənilən hava proqnozu açıqlanıb.

Reklam_3_11

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

 

Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 13-16°, gündüz 18-21° isti təşkil edəcək.

 

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Şərq küləyi gündüz arabir güclənəcək. Temperaturun gecə 8-13°, gündüz 25-30° isti təşkil edəcəyi gözlənilir.

 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 8-13° isti olacağı ehtimalı var.

 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 18-23° isti təşkil edəcəyi proqnozlaşdırılır.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 12-16° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti, yüksək dağlıq ərazilərdə gecə 3-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

 

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 18-23° isti təşkil edəcək.

 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-16°, gündüz 17-21° isti, dağlarda gecə 5-10° isti, gündüz 11-16° isti təşkil edəcəyi proqnozlaşdırılır.

07.10.2018 13:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ