Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ərdoğan: Türkiyə İMF dəftərini təkrar açmamaq şərtilə bağlamışdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ərdoğan: Türkiyə İMF dəftərini təkrar açmamaq şərtilə bağlamışdır


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, partiyasının iclasındakı çıxışında iqtisadiyyata dair açıqlamalar verib.
 

"Marja" xəbər verir ki, Ərdoğan deyib: 


"Məndən, "AK Parti" hökumətlərinin ən qürur duyduğum icraatları soruşulsa, ölkəmizi İMF-nin (Beynəlxalq Valyuyta Fondu - BVF) boyunduruğundan xilas etmək olar. Biz hakimiyyətə gələndə Türkiyənin İMF-yə 23,5 milyard dollar borcu vardı. Bu borcu 2013-də tamamilə sıfırladıq. İMF missiyası dövlətlərə borc verir. Bu bir yana, ondan sonra onlar bizdən borc istədilər. Türkiyə 1960 çevrilişinin ardından IMF-nin pəncəsinə düşmüş, AK Partiyaya qədər qurtula bilməmişdir. 19 müqavilədən Türkiyənin nə qazandığını bilmirik, ancaq çox ciddi bədəl ödədiyimizi bilirik. .


Bizim IMF ilə işimiz yoxdur, biz bu dəftəri bağladıq. Biz ölkəmizə sərmayə axtarışdayıq. Bu gün Türkiyənin IMF-nin kredit dəstəyinə və texniki yardımına ehtiyacı yoxdur.  İqtisadi göstəricilərimiz çox yaxşı bir vəziyyətdədir. Xüsusilə dövlət,əhali, banklar və özəl sektor borcluluk sahələrində müsbət bir görüntüyə malikdir. Türkiyə güclü maliyyə intizamı və ayaqları yerə basan iqtisadi siyasətlərilə iqtisadiyyatını idarə etmək gücünə malikdir. İl sonuna qədər 5 milyard dollar cari profisit gözləyirik. Türkiyənin BVF ilə yolunun kəsişməsi söz mövzusu ola bilməz. Türkiyə BVF dəftərini təkrar açmamaq şərtilə bağlamışdır. BVF məsələni  gündəmə gətirilməsinin səbəbini çox yaxşı bilirik. Nail olmayacaqlar".

07.10.2018 16:08

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ