Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

14 milyard manatı Dollarda saxlayırlar - AVQUSTDA ARTIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
14 milyard manatı Dollarda saxlayırlar - AVQUSTDA ARTIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

31 Avqust 2018-ci il tarixinə banklarda cəmi depozitlər (əhalinin, sahibkarların və şirkətlərin depozitləri) 20 milyard 590.6 milyon manat təşkil edib.

 

“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, cəmi depozitlər Avqustda İyul ayı ilə müqayisədə 99,4 milyon manat artıb, ötən ilin sonu ilə müqayisədə isə 8,5 milyon manat azalıb.

 

Həmin tarixə, cəmi depozitlərin 6 milyard 444 milyon manatı milli valyutada (3 milyard 808.5 milyonu tələb olunanadək, 2 milyard 635.5 milyon manatı müddətli), 14 milyard 146,6 milyon manatı xarici valyutada olub (6 milyard 421.1 milyon manatı tələb olunanadək, 7 milyard 725.5 milyon manatı müddətli).  

 

Diqqəti cəlb edən, xarici valyutadakı müddətli depozitlərin artmasıdır. Xarici valyutada müddətli depozitlər Avqustda İyul ayı ilə müqayisədə 145,6 milyon manat artıb. Milli valyutadakı müddətli depozitlər isə 35,1 milyon manat azalıb.

 

Avqust ayında banklarda fiziki şəxslərin (əsasən əhalinin) xarici valyutada (əsasən ABŞ valyutasında) əmanətləri isə 38,3 milyon manat artıb.

 

31 avqust 2018-ci il tarixinə fiziki şəxslərin xarici valyutalardakı əmanətləri 5 milyard 53.9 milyon manata çatıb. İyulun sonunda məbləğ 5 milyard 15.6 milyon manat idi.

 

Avqustda milli valyutada əmanətlər isə 3 milyard 33.9 milyon manatdan 2 milyard 966.8 milyon manata geriləyib (67,1 milyon manat azlma).


Avqustda cəmi əmanətlər isə 28,7 milyon manat azalaraq 8 milyard 20.8 milyon manata düşüb. İyulun sonuda banklarda fiziki şəxslərin 8 milyard 49.5 milyon manat əmanəti var idi.

08.10.2018 07:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ