Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Yeni modul elektrik stansiyası işə salınacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yeni modul elektrik stansiyası işə salınacaq

Energetika Nazirliyindən verilən məlumata görə, 16,5 meqavat gücündə olan “Lerik” modul elektrik stansiyasının açılışına hazırlıq işləri yekunlaşmaq üzrədir.

 

Reklam_3_11

"Tikinti və montaj işləri, habelə digər işlər artıq başa çatdırılıb, stansiyanın açılması üçün hazırlıq işləri başa çatır", - deyə Energetika Nazirliyindən bildirib.

 

Nazirlikdən qeyd ediblər ki, “Şimal-2” və Ordubad su elektrik stansiyalarının tikintisi də davam etdirilir.

 

"Şimal-2" elektrik stansiyasındakı işlər "Azərenerji" ASC tərəfindən hazırlanmış cədvələ uyğun olaraq davam edir. Stansiyanın ikinci enerji blokunun inşası, birinci enerji bloku ilə birləşməsi, soyuducu sistemin çıxış kanalının tikintisi, yanğın söndürmə sistemi və dəniz suyunun təmizlənməsi üçün quraşdırma işləri başa çatdırılıb. Eyni zamanda, yarımstansiyaların və paylayıcı qurğuların tikintisi başa çatdırılmış, onların təhlükəsizlik sistemləri quraşdırılıb. Stansiyanı mərkəzi elektrik stansiyalarına birləşdirən dörd 220 kilovoltluq elektrik xəttləri tikilib, beş ədəd 110 kilovoltluq elektrik xəttində təhlükəsizlik sistemləri təkmilləşdirilmişdir.

 

Xatırladaq ki, hal-hazırda Azərbaycanın enerji sisteminin tutumu 6 min meqavadan çoxdur.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Trend

07.10.2018 20:35

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ