Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Prezident Rüfət Aslanlı ilə bağlı düzgün qərar verdi”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Prezident Rüfət Aslanlı ilə bağlı düzgün qərar verdi”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin gün keçirilən iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ötən həftə təsdiqlənmiş yeni nizamnaməsi, qurumun Direktorlar Şurasının (DŞ) ləğv olunması diqqət mərkəzində olub.

 

Millət vəkili Vahid Əhmədov DŞ-nın sədri Rüfət Aslanlının fəaliyyətini kəskin tənqid edib.

 

“Palata 2 ildən artıqdır ki, fəaliyyət göstərsə də, yalnız son 6 ayda baş icraçı direktor İbrahim Alışovun rəhbərliyi dövründə maliyyə sektorunda dirçəlmə olub. Həftədə 2-3 dəfə onunla görüşürəm. Dollarda götürülmüş kreditlərlə bağlı problemlər var. Normal adamla normal danışmaq olur. Yoxsa R.Aslanı özünə 65 min manat maaş yazdırmışdı. Hesab edirəm ki, prezident onunla bağlı düzgün qərar verdi".

 

"CİDDİ SƏHVLƏRƏ YOL VERİLDİ"

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətində ciddi nöqsanlar vardı: “Maliyyə Bazarlarına Nəzarət Palatası yaranan vaxt böyük gözləntilər vardı. Amma çox təəssüflər olsun ki, bu gözləntilər özünü o qədər də doğrultmadı, ciddi səhvlərə yol verildi. Bu haqda mətbuatda da geniş yazıldı. Amma düşünürəm ki, dövlət başçısının Palata ilə bağlı imzaladığı son sənəddən sonra bu qurumun fəaliyyətində ciddi dönüş yaranacaq. Çünki buna ciddi ehtiyac var və artıq ilkin müsbət işartılar da özünü göstərməkdədir”.

 

Qeyd edək ki, ötən il “Grand Vin de Bordeux” şirkətinin Rüfət Aslanlının şərəfinə şərab istehsal etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi  ki, Maison şərab şüşəsinin etiketində “Maison d'Aslanli” yazısı qeyd olunub. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzası görmək mümkündür.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report, Qafqazinfo

08.10.2018 09:45

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ