Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Yanğında xəsarət alan ərəb turistlər Bakıya gətiriləcək"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Yanğında xəsarət alan ərəb turistlər Bakıya gətiriləcək"

Qəbələ rayonunda ərəb turistlərin qaldığı evdə baş verən yanğın zamanı xəsarət alanlar müalicə üçün Bakıya gətiriləcək.

 

Reklam_3_11

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib. 

 

Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan 1 kişi, 3 qadın və 1 yaşlı körpə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və orada müalicə olunurlar: “Bir nəfərə ambulator yardım göstərilərək evə buraxılıb. Bundan başqa, hadisə nəticəsində 1995-ci il təvəllüdlü əcnəbi vətəndaş dünyasını dəyişib”.

 

Nazirlik rəsmisi əlavə edib ki, xəstəxanada olan 5 nəfər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinə gətiriləcək: “Onların vəziyyətləri ağır deyil”.

 

Qeyd edək ki, Qəbələ rayonunda ərəb turistlərin qaldığı evdə baş verən yanğın zamanı 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

08.10.2018 09:51

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ