Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Haqqımızda yayılan xəbər doğru deyil" - BANKDAN AÇIQLAMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Haqqımızda yayılan xəbər doğru deyil" - BANKDAN AÇIQLAMA

“Pakistan Milli Bankı”nın Bakı filialının kapitalının artırılaraq 50 milyon manata çatdırılacağı ilə bağlı məlumat həqiqətə uyğun deyil". 


Bu barədə “Pakistan Milli Bankı”nın Bakı filialından bildirilib. Bankın mühasibi Sahib Quliyev bildirib ki, bankın kapitalının artırılması ilə bağlı məlumatı yayan şəxs (Pakistandakı mənbə) məsələ ilə bağlı o qədər də məlumatlı olmayıb.

Reklam_3_11


Xatırladaq ki, hazırda Pakistan bankının kapitalı 10 milyon manat təşkil edir. Halbuki yerli qanunvericiliyə görə, bankların məcmu kapitalı ilə bağlı tələb 50 milyon manatdır. Bu göstərici ilə Pakistan bankı ölkə bankları arasında kapitalın həcminə görə, sonuncu yerdədir.

 

S.Quliyev  xatırladıb ki, 2015-ci ildə Azərbaycan və Pakistan prezdentlərinin görüşündə bu tələbin Pakistan bankına tətbiq edilməməsi, kapitalın tələb olunan həddə qarşıdakı 20 il ərzində mərhələlərlə çatdıılması qərara alınıb.

 

Bank nümayəndəsinin sözlərinə görə, hələlik kapitalın hansı qrafik üzrə artırılacağı məlum deyil: "Ola bilər ki, bu daha tez baş versin, amma hələlik dəqiq deyil".

 

Qeyd edək ki, Pakıstan Mərkəzi Bankının Bakı filialı kredit verilməsini 2013-cü ildən məhdudlaşdırıb. Belə ki, bank hazırda yalnız biznes kreditləri verir və bununla bağlı qərarı isə bankın İslamabaddakı baş ofisi verir.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© FED

08.10.2018 11:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ