Alıcılara 20-25 manata təklif olunur - YARMARKA AÇILDI
Bakının Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçirilən arıçılıq məhsullarının 19-cu sərgi-satış yarmarkasının açılışı olub.
Açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri iştirak edib.
Jurnalistlərə açıqlama verən mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib ki, nazirlik bir ay öncə dövlət aqrar inkişaf mərkəzlərinə müraciət edərək, bu yarmarkada iştirak edəcək arıçıların siyahısını hazırlatdırıb.
Onun sözlərinə görə, bu ayın sonuna qədər davam edəcək yarmarkaya təqdim edilmiş məhsullar Qida Təhlükəsizliyi Agentliyini mütəxəssisləri ilə birlikdə analiz edilib. Nəticədə 150 ton məhsuldan 30 tonunun keyfiyyətsiz olduğu üzrə çıxıb.
“Hazırda yarmarkada ancaq keyfiyyətli bal satılır. Yararsız məhsul xüsusi anbarda saxlanılmaqdadır", - deyə nazirlik rəsmisi qeyd edib.
Qeyd edək ki, yarmarkada balın 1 kq-ı alıcılara 20-25 manata təklif olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Evdə" təhsil məktəbində baş verən qanunsuzluqlar ilə bağlı cinayət işi başlanıb
-
10 saat əvvəl
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub
-
11 saat əvvəl
İş vədi ilə aldadılaraq Azərbaycana gətirilən əcnəbilər saxlanılıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Electro-İndustries” şirkətinin əməkdaşı iş zamanı aldığı xəsarətlərdən ölüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Qiyməti 12 min dollara yüksələcək" xəbərdarlığından sonra misin qiyməti 10 min dolları ötdü
-
11 saat əvvəl
Əmək müqavilələrinin sayı və məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar artır
- 11 saat əvvəl