“Bir Pəncərə” İxraca Dəstək Mərkəzində uyğunluq sertifikatı da veriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlara artıq uyğunluq sertifikatının verilməsinə başlanılıb.

 

Bu proses Azərbaycan Standartlaşma İnstitutunun Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə inteqrasiyası nəticəsində baş tutacaq. Uyğunluq sertifikatının və bir sıra beynəlxalq standartların tətbiqi istiqamətində xidmət göstərəcək Azərbaycan Standartlaşma İnstitutu ixrac edilən məhsulların yüksək standartlara cavab verməsi və sahibkarların könüllü müraciətləri əsasında xidmət göstərəcəkdir.

 

Qeyd edək ki, beş dövlət xidmətini özündə cəmləşdirən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində növbəti dövlət orqanı fəaliyyətə başlayır Azərbaycan Standartlaşma İnstitutu ilə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi arasında əldə olunan razılığa əsasən, sözügedən qurumun standartlaşma sahəsindəki xidmətləri “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində veriləcək.

 

Bütün bu əməliyyatlar ölkəmizdə xarici ticarət əməliyyatlarının stimullaşdırılması, çevik və sürətli sənədləşmə və rəsmiləşdirmə, tələb olunan sənədlərin azaldılması, ixrac zamanı elektron yanaşmaların tətbiqi, vahid ixrac onlayn sisteminin tətbiqi, bir pəncərə prinsipləri əsasında 2 və 2-dən çox sənədlərin qəbulu və icazələrin verilməsi, o cümlədən ticarətin liberallaşdırılması istiqamətində aparılan davamlı islahatlar çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 Fevral 2017-ci il Fərmanı əsasında yaradılan “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi də sadalanan islahatların sürətləndirilməsi istiqamətində nəzəri və praktiki tövlələrini verməkdədir.

8 Oktyabr 2018 , 15:19   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin