Azərbaycan iqtisadiyyatına dair proqnozlar pisləşdi
Beynəlxalq Valyuta Fondu 2018-ci il üçün Azərbaycan iqtisadiyyatına dair iqtisadi artım proqnozunu 0,7 bənd azaldaraq 2%-dən 1,3%-ə endirib.
Beynəlxalq Valyuta Fondu (BVF), "Dünyanın İqtisadi Mənzərəsi" hesabatının "Oktyabr 2018" sayını "Sabit İnkişafı Sınayan Çətinliklər" başlığı ilə yayıb.
"Marja" xəbər verir ki, hesabatda Azərbaycan iqtisadiyyatına dair proqnozlar da yer alıb. Hesabata görə, Azərbaycan iqtisadiyyatının 2018-ci ildə 1,3%, 2019-cu ildə isə 3,6% artacağı gözlənilir. BVF Azərbaycanda bu il 3.5%, gələn il isə 3,3% inflyasiya gözləyir.
Müqayisə üçün qeyd edək ki, BVF, "Aprel 2018" hesabatında Azərbaycan iqtisadiyyatiyatının 2018-də 2%, 2019-cu ildə isə 3,9% artacağını proqnozlaşdırmışdı. Beləliklə, Azərbaycan iqtisadiyyatına dair iqtisadi artım proqnozları aşağı salınıb.
Qeyd edək ki, BVF 2018 və 2019-cu illərə dair qlobal iqtisadi artım proqnozları, artan risklərə görə 3,9%-dən 3,7%-ə endirib.
Hesabatda, qlobal iqtisadiyyata yönəlmiş risklərin son 6 ayda gömrük tarifləri, siyasi qeyri-müəyyənliklər və inkişaf edən ölkələrdən kapital çıxışları ilə artdığı vurğulanıb.
Azərbaycan hökuməti gələn ildən dövlət büdcəsindən xərcləri azaltmağı hədəfləyir. Hökumətdən hesab edirlər ki, dövlət xərclərinin azaldılması vasitəsilə investisiyalar və özəl sektorun inkişafı üçün uyğun mühitin formalaşmasına səbəb olur. Bu da öz növbəsində qeyri-neft sektorunun inkişafı, büdcənin gəlirlərinin qeyri-neft payının artması ilə neftdən asılılığın azalması anlamına gələrək iqtisadi sabitliyi təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 50 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
1 saat əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb
-
1 saat əvvəl
Azərbaycanda müştərilərə kredit ayrılması prosesi psixoloji testlərdən keçiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“AzerGold” QSC-nin 1-ci rübdə pərakəndə satış gəliri 8% artıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı
- 3 saat əvvəl
- 3 saat əvvəl