Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Azərbaycan iqtisadiyyatına dair proqnozlar pisləşdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan iqtisadiyyatına dair proqnozlar pisləşdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq Valyuta Fondu 2018-ci il üçün Azərbaycan iqtisadiyyatına dair iqtisadi artım proqnozunu 0,7 bənd azaldaraq 2%-dən 1,3%-ə endirib.


 

Reklam_3_11

Beynəlxalq Valyuta Fondu (BVF), "Dünyanın İqtisadi Mənzərəsi" hesabatının "Oktyabr 2018" sayını "Sabit İnkişafı Sınayan Çətinliklər" başlığı ilə yayıb.

 

"Marja" xəbər verir ki, hesabatda Azərbaycan iqtisadiyyatına dair proqnozlar da yer alıb. Hesabata görə, Azərbaycan iqtisadiyyatının 2018-ci ildə 1,3%, 2019-cu ildə isə 3,6% artacağı gözlənilir. BVF Azərbaycanda bu il 3.5%, gələn il isə 3,3% inflyasiya gözləyir.

 

Müqayisə üçün qeyd edək ki, BVF,  "Aprel 2018" hesabatında Azərbaycan iqtisadiyyatiyatının 2018-də 2%, 2019-cu ildə isə 3,9% artacağını proqnozlaşdırmışdı. Beləliklə, Azərbaycan iqtisadiyyatına dair iqtisadi artım proqnozları aşağı salınıb.

 

Qeyd edək ki, BVF 2018 və 2019-cu illərə dair qlobal iqtisadi artım proqnozları, artan risklərə görə  3,9%-dən 3,7%-ə endirib. 
 
 
Hesabatda, qlobal iqtisadiyyata yönəlmiş risklərin son 6 ayda gömrük tarifləri, siyasi qeyri-müəyyənliklər və inkişaf edən ölkələrdən  kapital çıxışları ilə artdığı vurğulanıb.

 

Azərbaycan hökuməti gələn ildən dövlət büdcəsindən xərcləri azaltmağı hədəfləyir. Hökumətdən hesab edirlər ki, dövlət xərclərinin azaldılması vasitəsilə investisiyalar və özəl sektorun inkişafı üçün uyğun mühitin formalaşmasına səbəb olur. Bu da öz növbəsində qeyri-neft sektorunun inkişafı, büdcənin gəlirlərinin qeyri-neft payının artması ilə neftdən asılılığın azalması anlamına gələrək iqtisadi sabitliyi təmin edir. 

09.10.2018 06:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ