Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Evini turistlərə kirayə verənlər saxtakarlıq edirlər"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Evini turistlərə kirayə verənlər saxtakarlıq edirlər"

Azərbaycanda "www.booking.com" və digər tanınmış onlayn sistemlərdə kirayə üçün qoyulan evlərin şəkilləri ilə onların real vəziyyətləri arasında uyğunsuzluqların olması hallarına rast gəlinib.

 

Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

 

N.Bağırovun sözlərinə görə, Azərbaycanda bəzi şəxslər öz mənzillərinin, yaxud kirayəyə götürdükləri mənzillərin şəkillərini turistlərə kirayəyə vermək üçün belə onlayn sistemlərə yerləşdirirlər. Lakin AzTA-ya daxil olan müraciətlərdən məlum olub ki, sistemə ev haqqında düzgün şəkillər qoyulmur, turistlər oraya gəldikdə sanitar-gigiyenik vəziyyətin yaxşı olmadığını görürlər:

 

"Bundan sonra da turistlər sosial şəbəkələrdə müəyyən fikirlər yazırlar. Bunlar isə Azərbaycan turizminin xeyrinə olmur".

 

Assosiasiya sədri qeyd edib ki, belə halların yaranmaması üçün tanınmış onlayn sistemlərin ölkəmizdəki nümayəndələrinə mənzillərin şəkilərini müəyyən yoxlamalardan sonra yerləşdirmələri tövsiyə edilib:

 

"Bununla bağlı çox problemlə üzləşdiyimiz üçün həmin sistemlərin Azərbaycandakı nümayəndələrinə bildirmişik ki, şəkilləri yoxladıqdan sonra sistemlərinə qoysunlar. Əks halda, həmin şəxslər sistemdən çıxarılacaq”.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Trend

09.10.2018 07:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ