Ən yuxarı statik reklam-3_3

“PAŞA Bank” “Fərdi bankçılıq” üçün icazə aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank” “Fərdi bankçılıq” üçün icazə aldı

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən “PAŞA Bank” ASC-nin yeni şöbəsinin açılmasına icazə verilmişdir.

 

“Marja” xəbər verir ki, Palatanın Direktorlar Şurasının iclasında “PAŞA Bank”-ın Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 20 ünvanında yerləşəcək “Fərdi bankçılıq” şöbəsinin açılması üçün müraciətinə baxılmış və müsbət qərar qəbul edilmişdir.

 

Qeyd edək ki, PAŞA Bank indiyədək korporativ müşərilərə fokuslanıb. Bankın fərdi bankçılıq sahəsinə də daxil olmaqda məqsədi korporativ müştərilərinin işçilərinə fərdi bank xidmətləri göstərməkdir.

 

Xəbər verdiymiz kimi, ötən il Noyabr ayının 1-də Bakıda Azərbaycanın ən iri banklarından biri PAŞA Bankın "Fərdi Bankçılıq" Biznes-mərkəzinin açılış mərasimi baş tutmuşdur. 


Yeni Biznes-mərkəz Bankın korporativ müştərilərinin PAŞA Bank əmək haqqı kartlarının sahibi olan işçilərinə xidmət göstərilməsinə istiqamətlənib. Biznes-mərkəz geniş spektrdə maliyyə xidmətlərini, o cümlədən hesabların açılması, kredit sifarişlərinin nəzərdən keçirilməsi, kassa əməliyyatları, plastik kartların təqdim olunması və digər xidmətləri təqdim edir. 


Açılış mərasimində PAŞA Bankın İdarə heyətinin üzvü Şirin Əliyevanın qeyd etdiyi kimi, Bankın əmək haqqı kartlarının sahiblərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi Bank üçün çox önəmlidir. 


Ş.Əliyeva bildirdi ki: "Son aylar ərzində korporativ müştərilərin sayının artması ilə bağlı olaraq, müştərilərimizə göstərilən xidmətlərin yüksək səviyyəsinin təmin edilməsi məqsədilə əmək haqqı kartlarının sahiblərinə xidmət edən ayrıca Biznes-mərkəzinin açılması zərurəti yaranmışdır. Korporativ müştərilərimizin işçiləri olan şəxslərə xidmət göstərilməsində rəqəmsal, o cümlədən internet-bankinq və mobil əlavə imkanlarının təbliği Biznes-mərkəzinin əsas məqsədlərindən biridir. Beləliklə, "digital" kanallar ilə göstərilən xidmətlərin aktiv tətbiqi bizə fərdi müştərilərin müraciətlərinin işlənməsi vaxtını azaltmağa və təqdim etdiyimiz xidmətin keyfiyyətinin daha da yüksəldilməsinə kömək edəcək". 
 

16.02.2017 07:24

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ