Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Bank inkassatoru: "Heç bir günahım yoxdur, bu işdən xəbərsizəm"

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank inkassatoru: "Heç bir günahım yoxdur, bu işdən xəbərsizəm"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şahin Mövsümovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

 

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

 

Elan olunmuş ittiham üzrə Ş.Mövsümov özünü təqsirli bilmədiyini deyib.

 

O, sərbəst ifadəsində günahsız olduğunu, bankın pulunu mənimsəmədiyini söyləyib: "Heç bir günahım yoxdur, bu işdən xəbərsizəm".

 

Məhkəmənin növbəti iclası oktyabrın 16-na təyin edilib.

 

İttiham aktına əsasən, Ş.Mövsümov banklardan birinin sabiq əməkdaşıdır. O, həmin bankda inkassator vəzifəsində çalışıb.

 

Cinayət materiallarına görə, Ş.Mövsümov bankın 90 min manat pulunu mənimsəyib.

 

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

 

Ş.Mövsümov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham edilir.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

09.10.2018 10:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ