Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Qubalı Miçurin”: Mən almanın kiloqramını 1,5-2 manata satıram

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qubalı Miçurin”: Mən almanın kiloqramını 1,5-2 manata satıram

Bağında Yaponiyadan gətirilən alma sortları becərən qubalı bağban Ramiz Kərimov bu il təsərrüfatından 25 ton məhsul əldə edib.

 

Bağı rayonun Birinci Nügədi kəndində olan sahibkar 12 ildir yapon alma sortları becərir.

 

Ömrünün 50 ilindən çoxunu bağçılıqla məşğul olan Ramiz Kərimovun bir hektara yaxın meyvə bağında 900-dək yeni sort alma ağacı var. Bu alma ağaclarının əksəriyyəti Yaponiyanın Yamanaşi bölgəsindən gətirilən “Fuci”, “Sakuray” və “Ramzes” sortlarıdır. Təsərrüfatçı bu il yapon alma sortlarından bol məhsul əldə edib.

 

“Yapon alması dünyada ən bahalı almalardan sayılır. Azərbaycanda bu almaların qiyməti yerli məhsulun qiymətindən fərqlidir. Digər almaların kilosu bir manatdan aşağı olsa da mən yapon almasının kiloqramını 1,5-2 manata satıram. Müştəri sarıdan da korluq çəkmirəm. Bu almaları almaq istəyən çoxdur. Çox dadlı almadır. Ətirli və şirəlidir. Soyuducu anbara qoyulmadan da mart-aprel aylarınadək xarab olmadan qalır”, - deyə təcrübəli bağban deyib.

 

2006-cı ildən yaponiyalı mütəxəssislərlə təcrübə mübadiləsi aparan Ramiz Kərimov uzaq şərq ölkəsində becərilən məhsuldar alma sortlarının tinglərini əldə edib. Həmin tingləri bağında əkərək calaq vasitəsilə çoxaldan bağban yetişən məhsulun yerli almalardan xeyli fərqləndiyinin şahidi olub. Qubanın hava şəraitinə tamamilə uyğunlaşan alma həm dadına, həm də məhsuldarlığına görə yerli meyvələrdən fərqlənir. Bununla yanaşı, yapon alma sortları xəstəliklərə qarşı daha davamlıdır.

 

“Məndən gəlib bu alma sortunun tinglərini istəyirlər. Hamıya verirəm ki, qoy yayılsın. Dözümlü ağacdır. Alma bağına yalnız üzvi gübrələr verirəm. Dərmanlamanı da yapon mütəxəssislərin təklif etdiyi xüsusi üsulla həyata keçirirəm. Yapon alma sortları ilə yanaşı, oradan gətirilən şaftalı və tərəvəz sortlarını da yetişdirirəm”,- deyə R.Kərimov bildirib.

 

Bağban meyvə bağları salarkən daim mütərəqqi üsullardan istifadə edir. Yaponiyalı mütəxəssislər də Ramiz Kərimovun qonağı olur və təsərrüfatçı ilə təcrübə mübadiləsi aparırlar.

 

Qocaman bağban calaq vasitəsilə yeni alma sortları da əldə etməyə çalışır. Məhz bu xüsusiyyətlərinə görə də həmyerliləri Ramiz Kərimovu “qubalı Miçurin” deyə çağırırlar.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

09.10.2018 15:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ