Ən yuxarı statik reklam-3_3

Dövlət 7,9%-lə 30 milyon manat borc aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət 7,9%-lə 30 milyon manat borc aldı

9 oktyabr 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105015694 ISIN-li, 30 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

 

"Marja" Birjaya istinadən xəbər verir ki, hərrac zamanı 6 investor tərəfindən qiyməti intervalı 93.0697 AZN (12.0000%) və 101.8365 AZN (7.0000%) olan 10 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.1817 AZN (7.9000%), orta ölçülmüş qiyməti 101.8035 AZN (7.0177%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43 milyon 802 min 500 manat, yerləşdirilmiş həcmi isə 30 milyon manat təşkil edilmişdir.

 

İstiqrazların ödəmə tarixi 06.10.2020-ci il.

 

Hərrac iştirakçıları 9 oktyabr 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

09.10.2018 16:02

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ