Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

9 ayda Azərbaycan iqtisadiyyatı 0,8% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
9 ayda Azərbaycan iqtisadiyyatı 0,8% artıb

2018-ci ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatı 0,8% artıb. 

 

"Marja" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

 

Prezident əlavə edib ki, qeyri-neft sektoru 1%, sənaye 2%, qeyri-neft sənayesi 1,8%, kənd təsərrüfatı isə 4,3% artıb.

 

Hesabat dövründə inflyasiya 2,6%, əhalinin gəlirləri isə 9,5% artıb: "Yəni əhalinin gəlirlərinin artması, qiymətlərin artmasını üstələyib".

 

9 ayda Azərbaycan iqtisadiyyatına 9 milyard dollar sərmayə yatırılıb. Sərmayənin 5,6 milyard dolları qeyri-neft sektoruna yönəldilib. 

 

Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollara çatıb. İlin əvvəlindən ehtiyatlar 3 milyard dollar artıb. 

 

Xatırladaq ki, 2018-ci ilin yanvar-avqust aylarında ölkənin ümumi daxili məhsulu 0,7 faiz artaraq 50 milyard 521,9 milyon manata çatmışdı.

09.10.2018 18:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ