Prezident Eldar Əzizova verdiyi göstərişləri açıqladı

"Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş vermişəm ki, binaların həyətləri abadlaşdırılsın, orada həm yaşlı insanlar, həm də uşaqlar üçün şərait yaradılsın, həyətlər bütün qanunsuz tikililərdən təmizlənsin, lift təsərrüfatı təzələnsin, harada ki, ehtiyac var yeni liftlər qoyulsun. Yəni, mənzil-kommunal təsərrüfatının yeniləşməsi istiqamətində çox ciddi addımlar atılacaq". 

 

"Marja" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

 

İlham Əliyev əlavə edib ki, Bakı şəhərində isə yeni parklar, bulvarlar salınır. Bakı indi gözəl parklar, xiyabanlar şəhəridir: "Köhnə, yararsız vəziyyətdə olan sənaye müəssisələri şəhərin mərkəzindən çıxarılır, yeni gözəl parklar salınır. Bu il də onlardan biri Babək prospektində, Heydər Əliyev Mərkəzinin aşağısında, Yusif Səfərov küçəsində salınıb və vətəndaşların sərəncamına verilib. Biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik".

 

Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyəti başçısının müavinidir. O, mer vəzifəsini də icra edir.

9 Oktyabr 2018 , 21:32   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin