Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dollar ucuzlaşmağa başlayıb - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollar ucuzlaşmağa başlayıb - GÜNƏ BAXIŞ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti sentyabr ayının maksimumu üzərində qala bilməyib ucuzlaşmağa başlayıb.


 

Reklam_3_11

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiymətləri çərşənbə axşamı ucuzlaşaraq keçən həftənin önəmli səviyyələrini aşağı istiqamətdə qırmaq üzrədir. Bu baş verərsə, dolların qiymətlərində ucuzlaşma daha da sürətlənə bilər.

 

Amerikanın Səhm indeksləri "S&P500" və Dou Cons (ing.: "Dow Jones") müvafiq olaraq 2900 və 27000 punktun altında ticarət edilməkdə, son bir ayın önəmli minimum səviyyəsini aşağı istiqamətdə qırmaq və altında qalmaq üzrədirlər. 

 

İstiqraz bazarlarında da 10 illik dövlət istiqrazlarının gəlirliyi son yeddi ilin maksimum səviyyəsinə yüksəldiyi vaxtda, 30 illik istiqrazların qiymətləri də yüksəlir. Lakin burada son 4 ilin maksimum səviyyəsindən danışmaq mümkündür. Bu, ABŞ iqtisadiyyatı fonunda riksləri də artırır. Belə ki, istiqraz bazarlarında qısa müddətli istiqrazların gəlirliyi uzun müddətli istiqrazların gəlirliyini üstələməsi, iqtisadi böhrana işarədir. Hal-hazırda 10 illik istiqrazların gəlirliyi 3.21%, 30 illik istiqrazların gəlirliyi isə 3.37%-dir. 

 

Beləliklə, EUR/USD və GBP/USD məzənnələri 1.1515$ və 1.3161$-a kimi 1%, lirənin qiyməti isə 6.0846TL-yə kimi 2% bahalaşıb.

 

Bu gün Bakı vaxtı ilə saat 12:30 və 16:30-da müvafiq olaraq İngiltərə və ABŞ-ın sənaye sektorları ilə bağlı önəmli fundamental məlumatların açıqlanması da gözlənilir və dünya birjalarında dalğalanma daha da artacaqdır.  

 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

10.10.2018 06:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ