Ən yuxarı statik reklam-3_3
Mobil manşet üstü reklam_21

"Bu ilin sonuna qədər 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bu ilin sonuna qədər 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq"

"Bu ilin sonuna qədər Azərbaycanda 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq".

 

Reklam_3_11

Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin ilk 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. 

 

Nazirin sözlərinə görə, hazırda Bakıda bir xətt üzərindən üç xidmət - telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir: "Bu layihələr nəticəsində ilin sonuna qədər 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq. Bundan başqa, hesabat dövrü ərzində ölkəmizdə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb. Beynəlxalq səs trafikinin etibarlığını və təhlükəsizliyini təmin etmək məqsədilə cari ildən etibarən Beynəlxalq Telefon Stansiyasının üç ehtiyat sistemi istismara verilib".

 

"Görülən işlər nəticəsində ölkə əhalisinin 80%-dən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında “İctimai WiFi” istifadəyə verilib", deyə o, əlavə edib. 

10.10.2018 08:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ