Mobil manşet üstü reklam_21

“Naxçıvanbank” aşağı faiz xərcləri hesabına böyük gəlir götürüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Naxçıvanbank” aşağı faiz xərcləri hesabına böyük gəlir götürüb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Naxçıvanbank” ASC 2018-ci ilin 9 ayını 4 milyon 431 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, "Naxçıvanbank" ötən ilin yanvar-sentyabr aylarını 3 milyon 585 min manat xalis mənfəətlə başa vurmuşdu.

Reklam_3_11

GƏLİRLƏRİ ARTIB

“Marja” Bankın hesabatına istinadən xəbər verir ki, ötən ilin 9 ayı ilə müqayisədə bu il "Naxçıvanbank"ın faiz və qeyri-faiz gəlirləri artıb.

Belə ki, cari ilin yanvar-sentyabr dövründə Bankın faiz gəlirləri 5 milyon 81 min manat, qeyri-faiz gəlirləri 2 milyon 701 min manat təşkil edib (Cəmi gəlirlər 7 milyon 782 min manat).

Hesabat dövründə Bankın faiz xərcləri 318 min manat, qeyri-faiz xərcləri isə 2 milyon 490 min manat təşkil edib (cəmi xərclər 2 milyon 808 min manat). Gəlirlərdən xərclər çıxıldıqdan sonra Bankın 4 milyon 974 min manat əməliyyat mənfəəti qalıb. “Naxçıvanbank” əməliyyat mənfəətinin 543 min manatını ehtiyatlara ayırdığından 9 ayı 4 milyon 431 min manat xalis mənfəətlə bağlayıb.

2017-ci ilin 9 ayı ərzində "Naxçıvanbank"ın faiz gəlirləri 3 milyon 901 min manat, faiz xərcləri 199 min manat, qeyri-faiz gəlirləri 2 milyon 157 min manat, qeyri-faiz xərcləri 2 milyon 158 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 116 min manat təşkil etmişdi.

AKTİVLƏRİ VƏ KREDİTLƏR ARTIB

01.10.2018-ci il tarixində "Naxçıvanbank" 194 milyon 863 min manat cəmi kativlərə (o cümlədən 68391 min manatı müştərilərə verilmiş kreditlər), 117 milyon 602 min manat cəmi öhdəliklərə və 77 milyon 260 min manat cəmi balans kapitalına malik olub.

Ötən il Oktyabrın 1-nə "Naxçıvan Bank"ın aktivləri 136 milyon 267 min manat təşkil etmişdi. Bunun 64 milyon 719 milyon manatı müştərilərə verilmiş kreditlər idi. Həmin tarixdə, "Naxçıvan Bank"ın öhdəlikləri 63 milyon 806min manat, balans kapitalı isə 72 milyon 461 min manat təşkil etmişdi.

10.10.2018 08:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ