Çinin ən varlı adamıdır

Şanxayda fəaliyyət göstərən "Hurun" araşdırma şirkətinin hazırladığı siyahıya görə, "Alibaba"nın İdarə Heyətinin sədri Jack Ma 270 milyard yuan (39 milyar dolar) şəxsi sərvəti lə Çinin ən varlı adamıdır. 
 

"Marja" xəbər verir ki, ötən il ən varlı çinli  "Guangcou Evergrande" əmlak şirkətinin İcraçı direktoru Şü Ciayin idi. O, 250 milyard yuanlıq (36 milyard dollar) sərvətilə bu il siyahıda ikinci yeri tutub.
 

İnformasiya və texnologiya şirkəti "Wechat Tencent"in İcraçı direktoru Pony Ma isə 240 milyard yuan (35 milyard dollar) sərvətilə siyahıda üçüncü addır.
 
 
Siyahıda  ilk 10-un cəmi sərvəti təxminən 255 milyard dollara çatıb.
 

Siyahının 28,7%-ni qadınlar təşkil edir. Keçən ilin ən zəngin qadını Yang Huiyen 22 milyard dollarlıq sərvətilə birinciliyini qoruyub.

10 Oktyabr 2018 , 11:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin