Qanunsuz tikililərə görə həbslər başladı - Rəis müavini saxlanıldı

Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini saxlanılıb. 

 

Məlumata görə, Xaliq Məmmədov rayondakı qanunsuz tikililərə rəhbərlik etməkdə ittiham olunur. X. Məmmədov Xətai icra başçısı Razim Məmmədovun əmisi oğludur və rayondakı bütün tikililərə, o, nəzərət edib.

 

Qeyd edək ki, bir müddətdir Bakı Şəhər İcra Hakimiyyəti başçısının  müavini Eldar Əzizovun göstərişi ilə qanunsuz obyektlərin sökülməsi həyata keçirilir.

 

Dünən isə E. Əzizov prezidentin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından dərhal sonra Xətai rayonuna baş çəkib və qanunsuz tikililərin hamısını gəzib.

 

Xatırladaq ki, ötən gün prezident İlham Əliyev qanunsuz tikililərlə bağlı sərt mövqe bildirib. O qeyd edib ki, Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur: “Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

"Qafqazinfo"

10 Oktyabr 2018 , 12:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin