Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Nikoil Bank”ın vəziyyəti məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nikoil Bank”ın vəziyyəti məlum oldu

“Nikoil Bank” ASC 2018-ci ilin 9 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. Bankın gəlirləri və əməliyyat mənfəəti artıb.

 

Reklam_3_11

Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə "Nikoil Bank"ın cəmi gəlirləri (faiz və qeyri-faiz) 55 milyon 900 min manat, cəmi xərcləri isə 27 milyon 651 min manat təşkil edib. Nəticədə 28 milyon 248 min manat əməliyyat mənfəəti yaranıb. Bu ilin 9 ayında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 108 milyon 149 min manat ayırıldığından, bank 79 milyon 901 min manat zərər edib.

 

Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar-sentyabr dövründə “Nikoil Bank”ın cəmi gəlirləri 51 milyon 390 min manat, cəmi xərcləri isə 29 milyon 826 min manat təşkil etmiş, nəticədə, 21 milyon 562 min manat əməliyyat mənfəəti əldə edilmişdi. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 21 milyon 689 min manat ayırıldığından, ötən ilin 9 ayını 140 min manat zərər ilə bağlamışdı. Beləliklə, 2017-ci ilin 9 ayının yekunu ilə müqayisədə cari ilin 9 ayında Bankın xalis zərəri 570 dəfə artıb. 

 

Bankın böyük məbləğdə zərər etməsi gecikmədə olan kreditlərə görə ehtiyatın yaratması ilə bağlıdır. Müştərilərə verilmiş kreditlərin müəyyən hissəsinin bata biləcəyi ehtimal edilir. Ehtimal reallaşmasa ehtiyatlara ayrılan vəsait gəlirə əlavə ediləcəkdir. 

 

Xatırladaq ki,“NikoilBank” 2017-ci ili 2 milyon 708 min manat, 2016-cı ili 148 milyon 538,8 min manat zərər ilə başa vurmuşdu. Bank ehtiyatlara 2016-cı ildə 198 milyon 518 min manat, 2017-ci ildə isə 31 milyon 198 min manat ayırmışdı.

 

Bankın nizamanmə kapitalı 296 milyon manat təşkil etsə də, yığılmış 230 milyon 140 min manata zərərə görə cəmi kapital aşağı düşüb. 30 Sentyabr 2018-ci il tarixində "Nikoil Bank"ın məcmu kapitalı 73 milyon 95 min manat təşkil edib. 

 

AKTİVLƏRİ CÜZİ AZALIB

 

30 Sentyabr 2018-ci il tarixində “Nikoil Bank” ASC 407 milyon149 min manat cəmi aktivlərə, 337 milyon 864 min manat cəmi öhdəliklərə və 69 milyon 285 min manat cəmi balans kapitalına malik olub.

 

30 Sentyabr 2017-ci il tarixində “Nikoil Bank” ASC 410 milyon 684 min manat cəmi aktivlərə, 369 milyon 480 min manat cəmi öhdəliklərə və 41 milyon 203 min manat cəmi balans kapitalına malik idi.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

 

Bankın müştərilərə verdiyi kreditlər ötən ilin Sentyabr ayının sonundakı 292 milyon 124 min manatdan 293 milyon 161 min manata yüksəlib (30 Sentyabr 2018-ə olan məlumat).

 

ŞƏRH

 

“Nikoil Bank”ın gəlirlərinin az da olsa artmasına baxmayaraq problemli kreditlərə görə yaradılan ehtiyat gəlirin silinməsinə və kapitalın "əriməsinə" səbəb olur. Əgər 2018-ci ilin 4-cü rübündə ehtiyatlara ayırmalar 30 milyon manat civarında artarsa Bankın məcmu kapitalı 50 milyon manatdan aşağı düşə bilər.

 

Digər tərəfdən, Bankın nizamnamə kapitalı artırıla bilər. Həmçinin, "TBC Kredit" bank olmayan kredit təşkilatının “Nikoil Bank”a birləşəcəyi gözlənilir. Kreditlərə görə ehtiyatın yaradılması bu il başa çata və Bank gələn ildən mənfəətlə işləyə bilər. 

10.10.2018 11:17

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ