Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank şöbəsinin ünvanını dəyişdi!

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank şöbəsinin ünvanını dəyişdi!

Azərbaycan Beynəlxalq Bankının “Bakıxanov” şöbəsinin yeni ünvanda açılışı oldu


 

Reklam_3_11

Effektivliyin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə filial şəbəkəsini optimallaşdıran, xidmətin keyfiyyətini yüksəldən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir addım atıb.Bankın müasir konseptinə uyğun qurulmuş “Bakıxanov” şöbəsi yeni ünvanda müştərilərin istifadəsinə verilib.

 

Bu barədə Beynəlxalq Bankdan "Marja"ya daxil olmuş məlumatda deyilir.

 

Məlumatda qeyd edilib ki, “Bakıxanov” şöbəsi bundan sonra fəaliyyətini Nəsimi rayonu, Məmməd Cəfər Cəfərov küçəsi - 28 ünvanında (3-cü mikrorayon dairəsindən Şamaxinka istiqamətinə gedən yolun üstü) davam etdirəcək.

 

Geniş ərazidə yerləşən, ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş şöbə binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

 

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, xidmət şəbəkəsinin optimallaşdırılması, filial və şöbələrin vahid korporativ üsluba, yeni konseptə uyğunlaşdırılması bankın yeni inkişaf strategiyasında xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan Beynəlxalq Bankı yenilənir. Müştərilərimiz bunu təkcə xidmət ofislərimizin zahiri görkəmində deyil, onlara göstərdiyimiz xidmətin səviyyəsində, müştərilərimizə yanaşmamızda da hiss edə bilirlər. Bütün bunlar, təbii ki, hələ başlanğıcdır”.

 

Yeni ünvanda vətəndaşlara kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. də daxil olmaqla, bir çox bank məhsul və xidmətləri təklif edilir.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

10.10.2018 14:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ