Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Banklar Assosiasiyası ilə Avropa İttifaqı arasında görüş keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Banklar Assosiasiyası ilə Avropa İttifaqı arasında görüş keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında görüş keçirilib.

 

Reklam_3_11

Görüşdə  ABA-nın Prezidenti Zakir Nuriyev, İcraçı direktor Yunus Abdulov, baş iqtisadçı Bəhruz Əhmədov və Avropa İttifaqının Azərbaycandakı səfiri Kəstutis Yankauskas iştirak edib.

 

Görüş zamanı bank-maliyyə sektorunun cari vəziyyəti, mövcud inkişaf templəri, həyata keçirilən islahatlar, qarşıdakı çağırışlar və bununla bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Yeni qəbul edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” ətrafında fikir mübadiləsi aparılıb, həmçinin bank-maliyyə sisteminə aid qanunvericiliyin təkmilləşdirilməsi və digər əlaqədar məsələlər üzrə texniki yardım imkanları barədə danışılıb.

 

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

10.10.2018 14:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ