Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

"Öhdəliklərimizi “Günay Sığorta”ya ötürəcəyik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Öhdəliklərimizi “Günay Sığorta”ya ötürəcəyik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğvetmə prosesində olan “Azərqarant Sığorta” ASC-nin öhdəliklərinin “Günay Sığorta”ya ötürülməsinə razılıq verib.

 

Reklam_3_11

Bu barədə  “Azərqarant Sığorta”nın İdarə Heyətinin sədri Rəşad Məmmədov məlumat verib.

 

“Bununla bağlı bu həftə bizə Palatanın baş icraçı direktoru İbrahim Alışovun adından məktub daxil olub. Yəqin ki, yaxın günlərdə öhdəliklərimizin yekun məbləğini müəyyən edib ona uyğun sığorta haqqı müqabilində “Günay Sığorta”ya ötürəcəyik”, - deyə R. Məmmədov qeyd edib.

 

Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 5,61 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 561 manat olan 10 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% Oqtay Abbas oğlu Əliyevə (Direktorlar Şurasının sədri) məxsusdur.

 

"Azərqarant Sığorta" ötən il noyabrın 1-dən fəaliyyətini dayandırıb. Buna səbəb Şirkətin kapital çatışmazlığı problemi ilə üzləşməsidir. Bundan sonra onun öhdəliklərinin yerinə yetirilməsi üçün komissiya yaradılıb. 

 

© Report

16.02.2017 08:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ