Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Eldar Əzizovdan kadr təyinatları - “Lifttəmir”də YENİ DİREKTOR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Eldar Əzizovdan kadr təyinatları - “Lifttəmir”də YENİ DİREKTOR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) növbəti kadr təyinatları olub.

 

Şəhər icra hakimiyyətinin başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrlə “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru vəzifəsinə Xalid Tağı oğlu Ələkbərov təyin edilib.

 

O, bundan öncə BŞİH-in Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

BŞİH-in Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə isə Ayaz Hüseynov təyin edilib. 

 

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub. Onun barəsində Cinayət Məcəlləsinin üç - 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

10.10.2018 14:53

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ