Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Komitə kərpic və sement istehsalına qanunsuz qum daşınmasının qarşısını aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Komitə kərpic və sement istehsalına qanunsuz qum daşınmasının qarşısını aldı

Əmlak Məsələləri Dövlət Komitəsi reydlərini davam etdirir.

 

Reklam_3_11

Komitədən “Marja”ya daxil olmuş məlumata görə, növbəti reyd oktyabrın 10-da Qaradağ rayonunda keçirilib. “Meyvəli bazar” adlı kənd təsərrüfatı məhsullarının satış mərkəzinin yaxınlığında, 5 hektara yaxın torpaq sahəsində kvars qumunun kərpic və sement istehsalında istifadə olunması məqsədilə ağır texnika vasitəsilə daşınması faktı aşkar olunub. Torpaq daşınması ərazidə dövlət nömrə nişanı 32 T 053 olan Ekskvator, 99 XV 053 nömrəli Ford, 99 GO 483, 90 ON 054, 10 JZ 463 və 90 JZ 144 nömrəli Şaqman markalı avtomobillər tərəfindən aparıldığı məlum olmuşdur. Torpaq daşınmasının qarşısı müfəttişlər tərəfindən görülmüş zəruri tədbirlər nəticəsində alınıb, texnika ərazidə saxlanılıb.

 

Belə qanunsuzluqların qarşısının alınması üçün  İnzibati Xətalar Məcəlləsində cərimələr, Cinayət Məcəlləsində isə azadlıqdan məhrum etmə cəzası müəyyən olunub. Torpaqların münbit qatını korlayan fiziki şəxsləri 600 manatdan 1000 manatadək, vəzifəli şəxsləri 2000 manatdan 3000 manatadək, hüquqi şəxsləri isə 6000 manatdan 8000 manatadək cərimə gözləyir.

 

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu istiqamətdə işləri gücləndirilmiş rejimdə davam etdirəcək. Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı torpaq müfəttişləri tərəfindən mütəmadi monitorinqlər və torpaq reydləri aparılacaq. Həmçinin komitə bu sahədə qanuna zidd hərəkətlərin azaldılması və qarşısının alınması məqsədilə maarifləndirici təbliğat işlərini də genişləndirəcək.

10.10.2018 15:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ