Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sığortaçılar Assosiasiyası Ümumi Yığıncağının iclası keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığortaçılar Assosiasiyası Ümumi Yığıncağının iclası keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) Ümumi Yığıncağının iclası keçirilib. Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli və Birliyin nümayəndələri, 20 sığorta və təkrarsığorta şirkəti, həmçinin, Birliyə üzv olan sığorta vasitəçilərinin rəhbər şəxsləri iştirak edib.

 

Görüşdə Birliyin sədri 2018-ci ilin 3-cü rübü üzrə görülən işlər, həyata keçirilən layihələr və əldə edilən nəticələrin geniş təqdimatını edib.

 

Mustafa Abbasbəyli Birliyin təşəbbüsü və böyük əməyi nəticəsində 28 sentyabrda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, Paşa Həyat Sığorta, Atəşgah Həyat Sığorta və Qala Həyat Sığorta arasında imzalanmış əməkdaşlıq memorandumunu xüsusi olaraq vurğulayıb.

 

Memorandumun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi və icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini, əməkdaşlıq memorandumunun bağlanmasının sığorta bazarına təxminən 40-60 milyon əlavə sığorta haqqı gətirəcəyini bildirib.

 

Daha sonra Birlik nəzdində fəaliyyət göstərən Hüquq, Həyat, Qeyri-həyat və Vasitəçilər komitəsinin fəaliyyəti barədə danışıb, onlar tərəfindən görülən işləri yüksək dəyərləndirib. Bununla yanaşı, Monitorinq qrupunun fəaliyyətə başlamasının sığorta bazarındakı qanunsuz endirim və normadan yüksək komission haqqlarına təsirindən bəhs edib.

 

Görüşün növbəti müzakirə mövzusu Birliyin üzvlük haqqlarının yeni yanaşma əsasında toplanması məsələsi olub. Müşahidə Şurasının razılığı əsasında Ümumi Yığıncağa təqdim olunan yeni yanaşma iclas iştirakçılarının səsverməsi əsasında qəbul edilib.

 

Xatırladaq ki, Ümumi Yığıncaq Birliyin təsisçilərindən ibarət ali idarəetmə orqanıdır və Nizamnaməyə müvafiq olaraq ildə bir dəfədən az olmayaraq çağırılmalıdır.

10.10.2018 15:57

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ