PAŞA Bank-dan KOS-lara investisiya layihələri üçün kredit!

PAŞA Bank inkişaf strategiyasına əsasən biznesin inkişafına böyük önəm verir və bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlara uzunmüddətli yeni və mövcud investisiya layihələrinin maliyyələşdirilməsi üçün çevik şərtlər təklif edir.



Şirkətin biznesinin genişləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi üçün PAŞA Bankın peşəkar menecerləri hər bir müştərinin ehtiyaclarınıvə imkanlarını fərdi qaydada nəzərə alaraq münasib şərtlərlə kredit almaq imkanlarını təklif edir.

 

Kreditlər Azərbaycan manatı, ABŞ dolları və avro ilə verilə bilər.



PAŞA Bankdan investisiya layihələrinin maliyyələşdirilməsinin üstünlükləri:



- Kreditin daha böyük məbləğlərdə təqdim edilməsi
- Kreditin daha uzun müddətli olması
- Kredit üzrə güzəştli müddətdən istifadə imkanı
- Kredit üzrə daha uyğun faiz dərəcələri
- Kredit ödənişlərinin xüsusi qrafiklə həyata keçirilməsi imkanı
- Kredit şərtlərinin hər bir müştəriyə fərdi yanaşma əsasında müəyyənləşdirilməsi



Krediti necə almaq olar?



PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

 

Ətraflı: https://www.pashabank.az/corporate_loans_kredit_manat_dollar_euro/lang,az/

 

11 Oktyabr 2018 , 18:58   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin