"Fed ağlını itirib"

ABŞ Prezidenti Donald Tramp, Nyu-York Birjasındakı kəskin tənəzüllərin ABŞ Mərkəzi Bankının (Fed) faiz artırması ilə bağlı olduğunu bildirərək, "Fedin səhv etdiyini düşünürəm. Bazarlarda şərtlər çox sərtdir. Fed ağlını itirib", - deyib.


 

"Marja" xəbər verir ki, Tramp, "Air Fors One" təyyarəsində jurnalistlərin ABŞ bazarlarında çərşənbə günü 4%-ə çatan itkilər baş verməsinə dair suallarını cavablandırıb.
 

Fed-in faizləri çox sürətlə artırdığını qeyd edən Tramp, "Fed-in səhv etdiyini düşünürəm. Bazarlarda şərtlər çox sərtdir. Fed ağlını itirib",- ifadələrini istifadə edib.
 

Trampın bu ifadələrdən sonra bazarlardakı itkiləri "uzun zamandan bəri gözlənən bir düzəliş" kimi təqdim etməsi isə sual işarələrinə səbəb olub.
 

ABŞ Prezidenti Donald Tramp, vəzifəsinin icrasına başlayandan bu yana 6 dəfə faiz artıran Fed-i daha əvvəl də tənqid etmişdi.
 
 

Nyu-York birjasında "zəlzələ"
 

Nyu-York birjası, çərşənbə günü son dövrlərin ən pis əməliyyat gününü keçirib, Nasdaq Texnologiya İndeksi  4%-dən çox düşərək son 2 ilin, "Dow Jones" və "Standard & Poor's 500" indeksləri isə müvafiq olaraq 3,15 faiz və 3,29 faiz düşərək son 8 ayın ən böyük itkilərini veriblər.
 

Analitiklər, qiymətli kağızlarındakı ucuzlaşmanı, ABŞ dövlət istiqrazı faizlərinin son 7 ilin ən yüksək səviyyələrinə qalxması ilə əlaqələndirirlər.  

11 Oktyabr 2018 , 08:32   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin