"Yörsan" iflasın astanasında

Süd və süd məhsulları sektorunda yarım əsri geridə qoyan Türkiyənin "Yörsan Gıda" şirkəti konkordat (konkordato) istəyib. Konkordat müraciəti ötən gün məhkəməyə təqdim edilib.
 

"Marja" xəbər verir ki, iddia ərizəsində, şirkətin maliyyə çətinliyi içində olduğu qeyd edilib. İddia ərizəsinə görə, iqtisadiyyatdakı çətinliklər şirkətin maliyyə vəziyyətinə mənfi təsir göstərib. Məsələyə yaxın bir mənbə bildirib ki, marketlərə satılan məhsulların manfəət marjasnda azalma, yanacağın bahalaşması ilə artan maddi-texniki xərclər və kredit xərclərindəki artım şirkətin maliyyə vəziyyətinin pisləşməsinə səbəb olub. 
 

Xəbərə görə, konkordato tələb edən "Yörsan Gıda"ya qarşı bəzi borc verənlər icraya müraciət ediblər.  Şirkətə süd verən bir şirkəıt 400 min manatlıq alacağı səbəbi ilə "Yörsan"ını əmlakının müsadirə olunmasını tələb edib.

 
"Yörsan Gıda"  İstanbul Sənaye Palatasının açıqladığı 500 ən iri sənaye müəssisəsi siyahısında yer alır. 


"Yörsan" 4 il əvvəl Dubayın xüsusi kapital fondu "Abraaj Group"a satılıb."Yörsan"ın 96 faizi "Abraaj Qrupun"un nəzarətindəki "Dairy Fresh Süt Ürünleri Ve Gıda Yatırımları San. Ve Tic. AŞ"yə, qalan hissə isə "Yörsan"ın üç təsisçisindən biri olan Şerafettin Yörük-ə aiddir.

 

"Yörsan Gıda"nın pendirləri Azərbycan bazarında da məşhurdur.

 

Konkordat müflisləşmə razılaşmasıdır. Məhkəmənin qərarı ilə borcluya möhlət verilir. Bu möhlət borcverənlər ilə razılaşdırılır.

11 Oktyabr 2018 , 09:10   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Af Biznes Merkezleri
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin