"Gələn il 65 dollardan aşağı düşməyəcək, 100 dolları da keçə bilər"

Dünyanın neft ticarəti ilə məşğul ən böyük şirkətləri, neftin qiymətinin ABŞ-ın İran sanksiyaları səbəbindən gələn il 65 dollardan aşağı düşməyəcəyini, ehtimal  ki, 100 dolları aşacağını güman edirlər. "Marja" xəbər verir ki, bu barədə "Ruters"in xəbərində bildirilir.
 

Neft qiymətləri ABŞ-ın Noyabr ayında qüvvəyə minəcək İran sanksiyaları səbəbindən son aylarda yüksəlib. ABŞ-ın İrana sanksiyası, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEX) hasilat  gücünü də sınağa çəkəcəkdir.
 

Brent neftinin qiyməti ötən həftə 86.74 dollara qalxaraq 2014-cü ildən bu yana ən yüksək səviyyəsini görmüşdü.
 

Beynəlxalq Enerji Agentliyi (IEA) kimi tələb-təklif proqnozu verən təşkilatlar inkişaf etməkdə olan iqtisadiyyatlarda böhranlar və böyük iqtisadiyyatlar arasında "ticarət mübahisələri" səbəbilə neftə olan tələbatın gələn il azalacağını, təklifin isə ABŞ və Rusiya kimi OPEC üzvü olmayan ölkələr sayəsində artacağına diqqət çəkirlər.
 

Dünyanın əsas neft ticarət şirkətləri arasında yer alan "Trafigura"nın rəhbəri Ceremi Ueyr, Londonda keçirilən neft konfransında, neft qiymətləri 100 dolları keçsə təəccüblənməyəcəyini bildirib.
 

Neft və təbii qaz ticarətilə məşğul olan "Glencore"un rəhbəri Aleks Beard isə həmin konfransda neftin orta müddətdə 85-90 dollarda qalacağını güman edir.

 
"Gunvor"un rəhbəri Torbjorn Tornqvist isə tələbdəki artımın zəifləyəcəyini bildirərək qiymətlərin gələn il 70-75 dollar aralığına düşəcəyini deyib.

11 Oktyabr 2018 , 10:21   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin