Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın fondu dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın fondu dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib

Azərbaycanın suveren fondu Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2018-ci il dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib. Qlobal miqyasda tanınan siyahıda ARDNF 10-cu yerdə qərarlaşıb.

 

Bu barədə "Marja"ya ARDNF-dən bildirilib.

 

Siyahıya mövcud şəraitdə vəsaitlərin idarə edilməsində fərqlənən dünyanın böyük suveren fondları, pensiya fondları, ianə fondları, mərkəzi bankları və s. təşkilatlar arasından seçilmiş 100 ən nüfuzlu investor daxil edilmişdir.

 

Renkinq Suveren Fondlar İnstitutu tərəfindən qurumların fəaliyyətlərində tətbiq etdiyi innovasiyalar, xüsusi proqramlar, maliyyələşdirmə mexanizmləri, gəlirlilik göstəriciləri, mövcud şərait, həyata keçirilmiş təşəbbüslər kimi kriteriyalar nəzərə alınmaqla tərtib edilmişdir.

 

Qeyd edilən renkinqlə aşağıdakı linkdə ətraflı tanış ola bilərsiniz:

 

https://www.swfinstitute.org/swf-news/press-release-public-investor-100-rankings-released-for-2018/

 

ARDNF

 

Azərbaycan Respublikası Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin  qərarı ilə hüquqi şəxs qismində yaradılmış büdcədənkənar dövlət təsisatıdır. ARDNF-nin yaradılması fəlsəfəsinin əsasını tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsi təşkil edir. Daha ətraflı: http://www.oilfund.az/

 

Suveren Fondlar İnstitutu

 

Suveren Fondlar İnstitutu suveren fondlar, pensiya fondları, mərkəzi banklar və digər dövlət vəsaitlərinin uzunmüddətli idarə edilməsi üzrə investorların investisiya fəaliyyətləri, vəsaitlərin strateji bölgüsü, risk, idarəetmə, iqtisadiyyat, siyasət, ticarət və digər sahələri öyrənən qlobal təşkilatdır. Daha ətraflı: https://www.swfinstitute.org/

 

11.10.2018 08:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ