Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qazaxıstan şirkəti Azərbaycana avtobus ixrac etmək niyyətindədir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qazaxıstan şirkəti Azərbaycana avtobus ixrac etmək niyyətindədir

"Daewoo Bus Kazakhstan" şirkəti Azərbaycana avtobus ixrac etmək niyyətindədir.

 

Bunu şirkətin baş direktorunun müavini Marat Makişev deyib.

 

M.Makişev hazırda istehsal etdikləri avtobusların Rusiya, Azərbaycan, Tacikistan və digər MDB ölkələrinə ixracı ilə bağlı çalışdıqlarını vurğulayıb.

 

O, 2019-cu ildə avtobus istehsalını 3 dəfə artırmaq niyyətində olduqlarını da bildirib. "Ötən il 120, bu il 210 ədəd avtobus istehsal olunub. Növbəti ildə bu rəqəmi 300-400 ədədə  çatdırmağı planlaşdırırıq", - şirkət rəsmisi qeyd edib.

 

Xatırladaq ki, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətində "KazakhExport" ixracın sığortalanması şirkətinin nümayəndələri ilə görüş zamanı Qazaxıstan Respublikasının nümayəndələri avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarında dövlət tənzimlənməsi, Qazaxıstannda Çin və Koreya şirkətləri tərəfindən müştərək müəssisələrin yaradılması və eyni zamanda "Daewoo", "Hyundai" və "İveco" markalı avtobusların, həm də elektromobillərin istehsalı barədə təqdimatla çıxış edib.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Report

11.10.2018 08:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ